İyulun 18-də Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov ov tüfəngi ilə atəş açaraq digər qəsəbə sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Ondan cinayətdə istifadə etdiyi 16 kalibrli sənədsiz olan qoşalülə ov tüfəngi götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB