İrandan gələn ana və qızda narkotika tapıldı

İrandan gələn ana və qızda narkotika tapıldı

İrandan gələn azərbaycanlı ananın və qızının üzərində narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Elnazə Dadaşova və qızı Şəlalə Dadaşovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı E. Dadaşovadan bir ədəd bağlamada xalis çəkisi 17,61 qram, Ş.Dadaşovadan isə bir ədəd bağlamada xalis çəkisi 21,81 qram olan narkotik vasitə - marixuana və üç ədəd bağlamada ümumi xalis çəkisi 100,486 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə