Rusiyada axtardılar Azərbaycanda tapdılar

Rusiyada axtardılar Azərbaycanda tapdılar

Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə axtarışda olan azərbaycanlı tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 17-də Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Roman Quliyev tutulub.

R.Quliyevin barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarış elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə