Rusiyada baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 06.00 radələrində Stavropol diyarı ərazisində Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda qeydə alınıb.
Məlumata görə, "Mercedes" markalı mikroavtobusla "VAZ 2113" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB