Dənizkənarı Milli Parkda 1 nəfər dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Sabunçu rayonu, "Bilgəh" sularda xilasetmə məntəqəsi ərazisində də 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə