Oğurluq hadisəsi anbaan kameraya düşdü

Oğurluq hadisəsi anbaan kameraya düşdü

Buryatiya polisi kafedən oğurluq edən gənc oğlanı axtarır. Polis onu tanıyanlardan məlumat verməyi xahiş edib. Gənc oğlan satıcı qızın yatmasından istifadə edərək, kassadakı pulları aparıb. Lakin onun bu bəd əməli anbaan kameranın yaddaşına köçüb.

Qarət hadisəsi Ulan-Udedə "Kebab xaus" kafesində baş verib. Gənc oğlan kassadakı 15 min publu götürərək, aradan çıxıb. O, pulları götürüb kafedən çıxarkən, qız yuxudan ayılıb. Lakin oğru özünü elə aparıb ki, guya o, indicə kafeyə daxil olub. Gənc oğlan hətta iki kabab da sifariş verib, özü isə pul dalınca getdiyini deyib. Satıcı qız kassaya yaxınlaşanda pulların yerində olmadığını görüb. O, dərhal oğlanın ardınca qaçsa da, ikinci aradan çıxa bilib.

Hazırda polis 170-175 sm boyu olan 20-25 yaşlı oğrunu axtarır.

Anbaan kameranın yaddaşına köçən oğurluq hadisəsinin videosunu təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə