Paytaxt sakinindən 3 kiloqramdan çox marixuana götürülüb

Paytaxt sakinindən 3 kiloqramdan çox marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Timur Timirbulatovdan 3 kiloqram 80,2 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə