Cəlilabadda polisi əməliyyat keçirib

19 kiloqramdan çox tiryək və həşiş götürülüb
Cəlilabadda polisi əməliyyat keçirib

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Nadir Məmmədovdan, Həmis Orucovdan və Masallı rayon sakini Maqsud Qasımovdan 11 kiloqram 180 qram tiryək və 7 kiloqram 930 qram həşiş götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə