Gün ərzində 56 cinayət faktı qeydə alınıb

Gün ərzində 56 cinayət faktı qeydə alınıb

İyulun 16-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 56 cinayət faktından 29-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 25 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə