"Polat AŞ" şirkətinin avtomobilləri qəza törətdi FOTO

"Polat AŞ" şirkətinin avtomobilləri qəza törətdi FOTO

"Polat AŞ" şirkətinin avtomobilləri ağır qəza törətdi. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Bakı-Qazax yolunun Hacıqabul rayonun Muğan qəsəbəsindən keçən hissəsində yol tikintisi həyata keçirən "Polat AŞ" şirkətinə məxsus qaldırıcı kranla, yük daşıyan "Shacman" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü Füzuli rayonundan məcburi qaçqın Hacıqabul rayonun Padar kəndində yaşayan 1971-ci il təvəllüdlü Ocaqverdiyev Nazim Teymur oğlu və 1994-cü il təvəllüdlü Ucar rayon sakini Məmmədov Rüfət Yaqub oğlu ağır bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, faktla bağlı BDYP idarəsinin istintaq şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə