Şirvanda avtomobil qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhərinin Z.Hacıyev küçəsində 4 yol ayrıcında minik maşını ilə sərnişin daşıyan avtobus toqquşub. Sabirabad rayonu Yaxa Beşdəli kənd sakini 1995-ci il təvəllüdlü Məcidov Samir Məzahir oğlu idarə etdiyi "VAZ 21011" markalı 10 HR 601 nömrəli minik avtomobili ilə hərəkət edən zaman qarşı tərəfdən gələn sərnişin daşıyan avtobusa yol vermədiyi üçün qəza baş verib. Belə ki, qarpızla dolu olan avtomobil işıq dirəyinə çırpılaraq tamam yararsız hala düşüb. Avtomobildə olan sərnişin sürücünün həmkəndlisi 1991-ci il təvəllüdlü Məmmədov Rasim Vahid oğlu xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB