Bakıda tanınmış jurnalistin oğlu bədbəxt hadisə nəticəsində vəfat edib. SİA-nın xəbərinə görə, hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri vəzifəsində çalışan Ayaz Nizamioğlunun 3 yaşlı övladı Maqsud ötən gün dördüncü mərtəbədən yıxılıb.
Balaca Maqsud Xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Həmkarımızın övladına Allahdan rəhmət, ailəsinə səbr arzulayırıq.
Qeyd edək ki, Ayaz Nizamioğlu əvvəllər ANS kanalında çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB