Azərbaycanlı biznesmen qaçırıldı

Azərbaycanlı biznesmen qaçırıldı

Rusiyada azərbaycanlı iş adamı və onun mühafizəçiləri naməlum şəxslər tərəfindən qaçırılıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə iyulun 15-də Sankt-Peterburqda yerləşən "Pulkovo" aeroportunda baş verib.

Belə ki, naməlum 6 nəfər tərəfindən qaçırılan azərbaycanlı biznesmendən mobil telefonları və 1,5 milyon dollar götürüblər. Daha sonra naməlum şəxslər iş adamını Volxonsk şossesində maşından düşürüblər.

Rusiya mətbuatının yazdığına görə, azərbaycanlı biznesmen Sankt-Peterburqa Dubaydan gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə