İş üçün 30 min dollar istədi

Bakı sakini dələduz tərəfindən aldadılıb. Səbail Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Cəlil Məlik oğlu Xəlilov polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən ilin dekabrında rayonun Lermontov küçəsi 107 ünvanında Fazil adlı şəxsə işə düzəltmək adı ilə 30 min ABŞ dolları verib. Lakin sonuncu ona qarşı dələduzluq edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə