Arvadını bıçaqlayan ər tutuldu

Arvadını bıçaqlayan ər tutuldu

Bakıda arvadını bıçaqlayan ər həbs olunub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Binəqədi şosesində yaşayan 1949-cu il təvəllüdlü Şahlar Məlikov Binəqədi Rayon Polis İdarəsi 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

O, iyulun 8-də ailə münaqişəsi zəminində arvadı 1967-ci il təvəllüdlü Mətanət Əliyevaya bıçaq xəsarəti yetirdiyinə görə həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə