Avtomobil oğurlayan dəstə üzvləri tutulub

Avtomobil oğurlayan dəstə üzvləri tutulub

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Hüseynova, Fərhad İsmayılova, Fərid Mahmudova, İlham Nəzərova, İlkin Şahmuradova, Gəncəvi Quliyevə və Rafayel Əsgərova məxsus avtomobilləri oğurlamış paytaxt sakinləri Rühal Həsənov və Asiman Musayev saxlanılıblar. Həmçinin Turqut Sadıqlı, habelə Zaqatala rayon sakini Tofiq Məmmədov müəyyən ediliblər.

Nizami rayonunda Nərminə Həsənovanın çantasından pul, qızıl və məişət əşyaları oğurlanıb. Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cəmilə Əfsəlova yaxalanıb.

Şəmkir rayonunda Arifə Bəhlulovanın evindən dörd min manat dəyərində qızıl əşyalar oğurlanıb. Hadisəni törətmiş rayon sakini Firdovsi Məmmədov rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə