Bakıda avtomobil iki piyadanı vurub, onlardan biri ölüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 14-ü saat 23 radələrində, Nərimanov rayonu Ziya Bunyadov prospektində Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Əsəd Qədirov idarə etdiyi "VAZ-21183" markalı avtomobillə Zərdab rayon sakini 1979-cu il təvəllüdlü İkram Osmanovu və 1986-cı il təvəllüdlü Sahil Qurbanovu vurub.
Nəticədə İ.Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb, S.Qurbanov isə 3 saylı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB