Lənkəranda yol qəzası: bir nəfər öldü

Lənkəranda yol qəzası: bir nəfər öldü

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə iyulun 13-də saat 22.00 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Girdəni kənd sakini, 20 yaşlı Elmar Ağagül oğlu Şabanovun idarə etdiyi 90 NV 254 dövlət nömrə nişanlı, "VAZ-21014" markalı minik avtomobili qarşısında hərəkətdə olan, Veravul kənd sakini, 29 yaşlı Dadaş Mehrab oğlu Hüseynovun idarə etdiyi "Belarus" markalı ot presləyən traktora çırpılıb.

Nəticədə sürücü hadisə yerinə ölüb, sərnişini - Girdəni kənd sakini, 20 yaşlı Cavad Muğdat oğlu Əsgərzadə isə ağır bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri sürücünün cəsədi və sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.

İlkin ehtimala görə, hadisəyə "VAZ 21014"-ün sürət həddini aşması səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə