İyulun 13-də 2000-сi il təvəllüdlü Maşalla Dövlət oğlu Ağatağıyev Abşeron rayonu ərazisində dənizdə ("Fatmayi" sularda xilasetmə məntəqəsindən, təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş.M. Ağatağıyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. O, FHN-nin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Sumqayıt şəhəri, "Corat" sularda xilasetmə məntəqəsi ərazisində də 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. O, FHN-nin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB