Salyanda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 84-cü kilometrliyində Salyanın Şorsulu kəndi ərazisində ağır nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, Salyan rayonunun Yolüstü kənd sakini, 49 yaşlı Rahil Qədir oğlu Ağarzayev idarə etdiyi "Ford Transit" markalı mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "BMW" markalı minik maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü Rahil, Ramil və Cəlal Ağarzayev qardaşları, onların yaxın qohumları Rəşad Qara oğlu Ağarzayev, Zahir Əliqulu oğlu Ağarzayev və "BMW" nin sürücüsü Lənkəran sakini, 30 yaşlı Səid Payaz oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə gələn təciliyardım maşını ilə yaralılar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq qardaşlardan biri Ramil Ağarzayevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB