6 ay ərzində 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb

6 ay ərzində 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bu ilin 6 ayı ərzində respublika ərazisində 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu hadisələr nəticəsində 512 nəfər ölüb, 1234 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 150 fakt, yaralananların sayı 218, həlak olanların sayı isə 44 nəfər azalıb.

Yol-nəqliyyat hadisələrinin əksəriyyəti avtomobillərin toqquşması və aşması, yüksək sürətlə idarə olunması, piyadaların vurulması, yol ayrıclarından keçmə, ötmə və manevr qaydalarının pozulması və digər səbəblərdən baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə