Lənkəranda 2 ağır yük maşını toqquşub

Lənkəranda 2 ağır yük maşını toqquşub

Lənkəranda 2 ağır yük maşınının toqquşması nəticəsində sürücülərdən biri ağır bədən xəsarətləri alıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 16 : 00 radələrində Ələt – Astara magistralının 203 km – də, Lənkəran rayonunun Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib. Qazax rayon sakini, 34 yaşlı Ramin Həsənovun idarə etdiyi "Şadman" markalı ağır tonajlı yük maşını Ələt istiqamətində hərərəkətdə olarkən, yolun ehtiyat hissəsində hərəkətsiz olan İran İslam respublikası vətəndaşı, 39 yaşlı Şahram Goranbanlının sükanı arxasında olduğu "Kamaz" markalı yük avtomaşınına çırpılıb. Nəticədə "Şadman"ın sürücüsü Ramin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda qəzanın baş verməsinin səbəbləri araşdırılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə