Kottecdə yanğının qarşısı alındı

Kottecdə yanğının qarşısı alındı

Qəbələ rayonunun Vəndam qəsəbəsində fərdi çay evinin ərazisində tikilmiş, ümumi sahəsi 605 kvadratmetr olan 14 kottecin 13-ü 560 kvadratmetr sahədə yanmışdır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovu söndürmüş, kottecin qalan hissəsini yanğından mühafizə etmişlər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə