Binəqədidə iki qardaş bıçaqlandı biri öldü

Binəqədidə iki qardaş bıçaqlandı biri öldü

İyulun 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Fərid Həsənova və qardaşı Şəhriyara bıçaqla xəsarət yetirmişdir. F.Həsənov hadisə yerində ölmüş, Şəhriyar xəstəxanaya yerləşdirilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisəni törətmiş Biləcəri qəsəbə sakini Samur Həsənov Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə