Bakıda 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Pərviz Əziz oğlu Muradovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Şəhriyar Faiq oğlu Salmanlının gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Adidas" idman çantasının alt hissəsində düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Pərviz Muradov Cinayət Məcəlləsinin 221.2.2 maddəsinə əsasən həbs olunub.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB