Dubaydan Bakıya gələn Rusiya vətəndaşından soyuq silah götürülüb. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Dubay-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı Ruslan Süleymanovun çamadanına gömrük baxışı zamanı 5 ədəd bıçaq aşkar edilib. İlkin araşdırma zamanı vətəndaş izahatında həmin əşyaları Nepalın Katmandu şəhərində suvenir mağazasından aldığını bildirib.
Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, 5 ədəd bıçaq kustar üsulla hazırlanan - çapıcı, kəsici-deşici xassəyə malik "Kukri" tipli Nepal milli bıçaqları olub və istifadəyə yararlı soyuq silah hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB