Bulvarda intihara cəhdin qarşısı alındı

Bulvarda intihara cəhdin qarşısı alındı

Dənizkənarı Milli Parkda "Yaxt Klub"un yaxınlığında intihara cəhd hadisəsinin qarşısı alınıb. Səbail Rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Kürdəmir rayon sakini, 1943-cü il təvəllüdlü Yunis Allahverdi oğlu Yunisov intihar etmək məqsədilə özünü dənizə atıb. O, hadisə yerində olan parkın mühafizəçiləri tərəfindən xilas edilib.

Y.Yunisov Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Polisdən Y.Yunisovun ailə üzvlərinin xəstəliyi ilə əlaqədar intihar etmək istədiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə