Keçmiş məhkum qadını döyərək öldürdü

Keçmiş məhkum qadını döyərək öldürdü

Gəncədə şəhər sakini Firuzə Vəliyeva yaşadığı mənzildə naməlum şəxs tərəfindən döyülmüşdür. Xəstəxanaya yerləşdirilmiş F.Vəliyevanın həyatını xilas etmək mümkün olmamışdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə