Dələduzluq etdi tutuldu

Bakıda bankomatdan pul çıxarmaqla dələduzluq edilməsi müəyyən olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 8-də Bakı şəhər sakini Məhluqə Balakişiyeva Xəzər Rayon Polis İdarəsi (RPİ) 2-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək, həmin gün Binə qəsəbəsinin ərazisində naməlum şəxs tərəfindən aldadılaraq "Kapital" banka məxsus bankomatdan 200 manatının çıxarıldığını bildirib.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğun Binə qəsəbə sakini Qüvvət Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə