3 nəfər hadisə qurbanı oldu

Ötən gün Azərbaycanda bədbəxt hadisə nəticəsində 3 nəfər ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da Füzuli rayonunun Araz Dilağarda kəndinin ərazisində kənd sakini Elçin Məmmədov traktordan yıxılaraq ölüb. O, Qoçəhmədli kənd sakini Ramil Məmmədovun idarə etdiyi "Belarus" markalı traktorun qoşqusundan yıxılaraq aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Sabirabad rayon sakini, ruhi xəstə Eston Ağabalayev yaşadığı evin 3-cü mərtəbəsindən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Bakı şəhər sakini İlqar İzətullayev Türkan qəsəbəsindəki dəniz çimərliyində çimərkən boğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə