Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-na keçən gecə Gəncə şəhərində şəhər sakini Firuzə Vəliyeva yaşadığı mənzildə naməlum şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən F.Vəliyeva orada ölüb.
Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB