İyulun 9-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 66 cinayət faktından 29-nun üstü "isti izlər"lə açılmışdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 8 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölmüş, 12 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 24 nəfər tutulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB