Bakıda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 9-da Yasamal rayonu Xiyabani küçəsində Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Turan Qasımov idarə etdiyi "Opel" markalı avtomobillə 1935-ci il təvəllüdlü Mamaxanım Bağırovanı vurub. Nəticədə M.Bağırova xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB