Hərbi qulluqçular qəzaya düşdü yaralılar var

Hərbi qulluqçular qəzaya düşdü yaralılar var

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının iştirakı ilə yol qəzası baş verib, 2 nəfər yaralanıb. SİA-nın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilir ki, iyulun 9-da Masallı rayonununda, Ələt-Astara yolunun 164 km-də DSX-nin hərbi qulluqçusu, gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirmədiyinə görə, sola istiqamətlənərək avtomobili aşırıb.

Nəticədə sürücü gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu və onun sərnişini, DSX-nın zabiti, leytenant Hüseynov Malik Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə