Xəzər rayonu sakininin oğurlanmış avtomobili saxlanılıb

Xəzər rayonu sakininin oğurlanmış avtomobili saxlanılıb

Xəzər rayonunun Şağan qəsəbəsi sakini Hüseyn Kəlbiyevə məxsus "VAZ-2107" markalı avtomobil oğurlanmışdır. Avtomobil Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən avtomaşındakı dörd nəfərdən ikisi qaçmışdır. Cəlilabad şəhər sakinləri Sadiq Kəlbiyev və Elnur Sadıqov isə yaxalanmışlar.

Avtomobil saxlanılmış şəxslərlə birgə Xəzər Rayon Polis İdarəsinə təhvil verilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktla bağlı rayon polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə