Dörd nəfəri bıçaqlayıb qaçan şəxs tutulub

Dörd nəfəri bıçaqlayıb qaçan şəxs tutulub

Mingəçevir şəhərinin ərazisində şəhər sakini Zaur Rəsulov münaqişə zəminində Elnur Əzizova, Fərid Hasilova, onun anası Amaliyaya və qardaşı Cavidə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmışdır. Yararlılar xəstəxanaya yerləşdirilmişlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Zaur Rəsulov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə