Bu günlərdə Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşını saxlayıblar. Komitədən bildiriblər ki, "Qoşa Təpə" gömrük postunda Norouzı Rad Mahdın üzərində əvvəlcə 14 ədəd fenobarbital adlı həb aşkar edilib.
Yoxlama davam etdirilərkən onun ayaqqabılarının altında 56,264 qram heroin, 5,110 qram metamfetamin tapılıb.
Fakt üzrə təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB