Güclü zəlzələ - ölənlər var

Güclü zəlzələ - ölənlər var

Meksikanın Çyapas ştatında baş verən güclü zəlzələ nəticəsində Meksika və Qvatemalada 5 nəfər həyatını itirib.Təbii fəalkətin qurbanları içərisində yeni doğulan körpə də var. Körpə San-Markos departamentinin hospitalında damın bir hissəsinin üstünə aşması nəticəsində həyatını itirib.

Bundan əlavə onlarla ev dağılıb, ciddi dəyən ziyan nəticəsində insanlar evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, episentri Meksikanın Tapaçula şəhərindən bir neçə kilometr məsafədə olan zəlzələ 6,9 bal gücündə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə