Qətlə əli olan digər şəxs də tutuldu

Qətlə əli olan digər şəxs də tutuldu

Xəbər verdiyimiz kimi, iyulun 6-da Sabunçu rayonunun Zabrat qəsəbəsində Kürdəmir rayon sakini Orxan Mehdiyev münaqişə zəminində qəsəbə sakini Andrey Sibizova bıçaqla xəsarət yetirmişdir. A.Sibizov aldığı xəsarətdən evində ölmüşdür.

O.Mehdiyev Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Andrey Sibizovun qətlə yetirilməsində iştirak etmiş digər şəxs - Bakı şəhər sakini Pərvin Qocayev də Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə