Şadlıq sarayından pul oğurladılar

Şadlıq sarayından pul oğurladılar

Bakıda şadlıq sarayından oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA- ya verilən məlumata görə, Binəqədi şosesində yerləşən şadlıq saraylarının birinin inzibatçısı, Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulub, onlardan oğurladıqları pulun 1500 manatı maddi sübut kimi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə