Qətlin digər iştirakçısı da yaxalandı

Qətlin digər iştirakçısı da yaxalandı

Zabratda törədilmiş qətlin digər iştirakçısı da yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 7-də Zabrat qəsəbəsi Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü Andrey Sibizov naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Orxan Mehdiyev tutulub. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Pərvin Qocayev də ələ keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə