Cəlilabad rayonunun Edişə kənd sakinini ilan sancıb

Cəlilabad rayonunun Edişə kənd sakinini ilan sancıb

Cəlilabad rayonunun Edişə kəndində ilan sancması faktı qeydə alınmışdır. Kənd sakini, 17 yaşlı Səbuhi Yaqub oğlu Şükürov həmkəndliləri ilə birlikdə örüş sahəsində küləş bağlayarkən ilan onun ayaq nahiyəsindən sancmışdır.

Səbuhi Şükürovun halı pisləşdiyindən ona ilk yardımı sərhədçilər göstərmişlər.

Daha sonra S. Şükürov əraziyə çağırılmış təcili tibbi yardım maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Burada ona müvafiq tibbi yardım göstərilərək zəhər əleyhinə zərdab vurulmuşdur.

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Bu il Cəlilabad rayonunda 13 ilan sancması faktı qeydə alınmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə