Nizami rayonunda iki nəfər bıçaqlanıb

Nizami rayonunda iki nəfər bıçaqlanıb

İyulun 7-də paytaxtın Nizami rayonunun ərazisində naməlum şəxs münaqişə zəminində Bakı şəhər sakini Vahab Hacıyevə və Tovuz rayon sakini Nicat Həsənova kəsilmiş-deşilmiş xəsarətlər yetirmişdir. Yaralılar xəstəxanaya yerləşdirilmişlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisəni törətmiş Bakı şəhər sakini Orxan Quluzadə Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə