Göygöl rayon sakinini rüsvayedici məlumatlarla şantaj edərək ondan pul qoparmaq istəyən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Emin Allahverənov və Masallı rayon sakini Əlizamin Abiyev tutulublar. Onlar Göygöl rayon sakini Ramil İsmayılovu barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 600 manat almağı planlaşdırırlarmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB