Alt paltarından narkotik çıxdı

Alt paltarından narkotik çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramil Xanputa oğlu Nağıyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu Çimnaz Fətulla qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, əl çantasının iç cibində gizlətdiyi 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Həyata keçirilən digər axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.2; 126.2.4; 221.2.1; 221.2.2; 221.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı, vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə tiryək və xalis çəkisi 3,038 qram olan narkotik vasitə marixuana aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə