Quldurlar ələ keçdi

Bakının Mərdəkan qəsəbəsində quldurluq edən iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 5-də Mərdəkan qəsəbəsində yerləşən istirahət mərkəzində iki naməlum şəxs Bakı şəhər sakini Zaur İsmayılovu yumruqla vuraraq mobil telefonunu əlindən alaraq qaçıblar.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Saqi Eyvazov və Ağstafa rayon sakini, 1976-ci il təvəllüdlü Aqil Qurbanov tutulublar.

Tutulan şəxslərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə