Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometirliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülən sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.
SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunublar.
Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xatırladaq ki, ötən gün Siyəzən rayonunda güclü yanğın baş verib. SİA-nın şimal bürosunun verdiyi xəbərə görə, geniş ərazini əhatə edən yanğının meşə zolağına və kənddəki evlərə keçmə təhlükəsi yaranıb.
Ümumi sahəsi 300 hektardan çox dənizkənarı ərazinin 100 hektarı yanıb. Alovun söndürülməsinə Siyəzənlə yanaşı, Şabran, Xaçmaz, Quba və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bütün şəxsi heyəti, Sumqayıt şəhərindən 2 yanğınsöndürən maşın, paytaxtdan isə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürən helikopteri və 50 nəfər canlı qüvvə cəlb olunub. Rayonun Kiçik Həmyə kəndinə yaxın boş ərazilərdə otluq sahədə baş vermiş yanğın çətinliklərlə söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB