Sabirabad Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2014" şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Kürkəndi kənd sakini 1959-cu il təvəllüdlü, əvvəllər 4 dəfə məhkum olunmuş Meybulayev Kərəmulla Eynulla oğluna məxsus icarəyə götürdüyü pay torpağı sahəsinə baxış keçirilən zaman, qamışlıqların arasında 15 kvadratmetr ərazidə 31 ədəd, ümumi yaş çəkisi 11,3 kiloqram əkilib becərilməsi qadağan olunan narkotik tərkibli çətənə kolları aşkar olunaraq götürülmüşdür. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB