2 avtomobil toqquşdu ölən var

Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 3-də saat 22 radələrində Ucar rayonu Qəzyan kəndinin ərazisində Masallı rayon sakini Asif Abuşovun idarə etdiyi "VAZ-2107" və Zərdab şəhər sakini Araz Babayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. "VAZ-2107"in xəstəxanaya yerləşdirilmiş sərnişini - Ağcabədi şəhər sakini Arzu Məmmədova orada ölüb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə