Gün ərzində 65 cinayət faktı qeydə alınıb

Gün ərzində 65 cinayət faktı qeydə alınıb

İyulun 2-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 65 cinayət faktından 21-nin üstü "isti izlər"lə açılmışdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında qeydə alınmış 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölmüş, 6 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiyinə görə 14 nəfər tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə